Bu gün:
Xezer.info » Hadisə » Ayağı səhvən kəsilən qadın dünyasını dəyişdi

Ayağı səhvən kəsilən qadın dünyasını dəyişdi


Ayağı səhvən kəsilən qadın dünyasını dəyişdi
Cərrahiyyə əməliyyatı zamanı sol ayağının əvəzinə sağ ayağı amputasiya olunmuş 87 yaşlı Tərlan Həsən qızı Məmmədova iyulun 31-də dünyasını dəyişib. Faktı Meydan TV-yə nəvəsi Könül Rzayeva təsdiqləyib. Onun sözlərinə görə, nənəsi bazar günü səhərə yaxın – saat 4 radələrində dünyasını dəyişib, günorta dəfn edilib.

İyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Tərlan Məmmədova Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Valeh Ağalələ oğlu Kərimov tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib. Sonradan onun sol ayağı da kəsilib.

Valeh Kərimov işindən müvəqqəti uzaqlaşdırılsa da, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov qadının hər iki ayağında amputasiyaya ehtiyac olduğunu əsas gətirərək, həkimə bəraət qazandırıb: “Sol ayağının əvəzinə səhvən sağ ayağı kəsilən xəstənin hər iki kəsilmiş ayağına baxılıb, yəni onların makroskopik müayinəsi aparılıb. Damarların, dərialtı toxumaların, barmaqların vəziyyətinə baxılıb. Məlum olub ki, hər iki ayaq xəstə idi. Onların hər ikisi kəsilməli idi”.