Bu gün:
Xezer.info » Mədəniyyət » Mədəniyyət Nazirliyinin bu addımı atmağa mədəniyyəti çatmayıb! - ETİRAZ

Mədəniyyət Nazirliyinin bu addımı atmağa mədəniyyəti çatmayıb! - ETİRAZ


Mədəniyyət Nazirliyinin bu addımı atmağa mədəniyyəti çatmayıb! - ETİRAZ
Vəziyə təyin edilən yeni kadrların ən üstün göstəriciləri kimi onların xaricdə təhsil almaları, bir neçə xarici dil bilikləri xüsüsilə qabardılır. Ancaq məhz bu kadrların bəzi davranışları sübut edir ki, sanki onların bəziləri ilə xalqımızın düşüncəsi, adət-ənənəsi arasında bir “kültür” təzadı var.
Xalq artisti, Prezident təqaüdçüsü, böyük nüfuza malik olan Ramiz Novruz kimi bir aktyorun dəfnində nəinki mədəniyyət naziri, həmin nazirliyin heç bir nəfər də olsun nümayəndəsi iştirak etməyib.
Bu səviyyədə olan aktyorla normal vida mərasimi təşkil olunmayıb. Mən əminəm ki, bu , yuxarının göstərişi ola bilməz. Sadəcə , Mədəniyyət Nazirliyinin bu addımı atmağa mədəniyyəti çatmayıb!

Məhəmmədəli Qəribli - DİA.AZ