Zəgəzur dəhlizi məsələsi gündəmdən qalxır? - AKTUAL
21-fev-2023Prezident İlham Əliyev fevralın 18-də Münhendə televiziya kanallarına müsahibəsində deyib ki, Azərbaycan Ermənistanla sərhəddə ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini yaradılmasını təklif edib.
Məsələ bağlı fikirlərim:
- İkitərəfli qaydada nəzarət buraxılış məntəqələrinin yaradılması təklifi prosesin idarə edilməsində müvəqqəti xarakterə maliklik dərəcəsini göstərir,
- Sərhəd məntəqələri daimi əsaslarla işləyən rejimi müəyyən etmir, sadəcə olaraq yekun sülh müqaviləsinə qədərki dövrdə Qarabağa silah daşınmasının qarşısının alınmasına yönəlik addımdır,
- Bunu açılması gözlənilən Zəngəzur dəhlizinin iş rejimini müəyyən edə biləcək presedent kimi qiymətləndirmək, məncə, doğru yanaşma deyil,
- Zəngəzur dəhlizinin rejimi hələ o tikilib qurtardıqdan sonra müəyyən olunacaq,
- İndi üçün sərhəd rejimi gömrük prinsiplərindən çox sırf hərbi yoxlamalar kimi gündəmə gəlir,
- Yəni, həmin rejim tətbiq edilsə, bu, Azərbaycan-Ermənistan şərti sərhədi kontekstində qüvvəyə malik olacaq,
- Azərbaycanın isə sərhədlərin ölçüsü ilə bağlı tələbləri özünün strateji məqsədlərində maksimal hədəflərə xidmət edir.
- Digər yandan, hələ Ermənistanın Azərbaycanın cari təkliflərinə hansı reaksiya göstərəcəyi də bəlli deyil (ətraflı rəy bölümündə)
Aqşin Kərimov - DİA.AZ