Bu gün:
Xezer.info » Manşet » Türkiyəyə Almaniyadan xəbərdarlıq

Türkiyəyə Almaniyadan xəbərdarlıq


Türkiyəyə Almaniyadan xəbərdarlıq
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyə hakimiyyətinə ölüm hökmünün bərpası ilə bağlı xəbərdarlıq edi XEZER.INFO “TASS”-a istinadən verdiyi xəbərə görə, Ştaynmayer bildirib ki, ölüm hökmünün bərpa edilməsi Avropa İttifaqının əsas dəyərlərinə ziddir.

Ştaynmayer vurğulayıb ki, bu, hətta müzakirə mövzusu ola bilməz. Onun sözlərinə görə, ölüm hökmünün tətbiqi Türkiyənin Avropa İttifaqına daxil olmasına dair danışıqların son çatmasına səbəb olacaq.

Ştaynmayer bu məsələni türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə müzakirə etmək niyyətində olduğunu vurğulayıb.
Almaniya XİN rəhbəri eyni zamanda Ankaranı dövlət çevrilişinə cəhddən sonra həyata keçirilən əməliyyatlarda qanunun aliliyə riayət etməyə çağırıb.

Onun qeyd edib ki, Türkiyədə baş verən hadisələr xeyli “qabağa gedib”.