“KAPİTAL BANK” ÖZ SƏHVİNƏ GÖRƏ MÜŞTƏRİSİNİ CƏZALANDIRIR… – ŞİKAYƏT
20-fev-2023“Kapital Bank” texniki problem bəhanəsilə xəbərdarlıq göndərmdiyi müştərinin kredit limitini silib.
Tribunainfo.az xəbər verir ki, şikayətçi Emin Zeynalov üzləşdiyi problemlə bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, “Kapital Bank” öz texniki problemi səbəbilə onu cəzalandırıb:
“Bir kartın aylıq ödəniş smsi gəlməyib mənə, 3 gün keçdikdən sonra zəng elədilər ki, gecikməniz var. Mən dərhal ödədim və bildirdilər ki, bu gecikmə sayılmayacaq. Çünki illərdir mənim kartlarla dövriyyəm var və tarixcəm çox yaxşı olub.
Hətta özləri də bildirdilər ki, texniki problem olduğu üçün sizə sms bildiriş gəlməyib.
Umicoda mənə ayrılmış yüksək kredit limiti var idi. Baxıram ki, silinib o limit və yazılır ki, sizin gecikməniz olduğu üçün ləğv edilib”.