“RABİTƏBANK”IN YENİ FIRILDAĞI… MÜŞTƏRİDƏN SƏBƏBSİZ YERƏ XİDMƏT HAQQI TUTUR…
20-fev-2023“Rabitəbank” heç bir xəbərdarlıq etmədən kartımdam 10 AZN kart xidmət haqqı yazaraq ödəniş tutub. Zəng edirəm, bankın operatorları izah edə bilmir ki, bu nəyin xidmət haqqıdır .
Tribunainfo.az yazır ki, şikayəti barədə sosial şəbəkədə məlumat paylaşan vətəndaş Ülviyyə Nazim yazıb ki, bank əməkdaşları özü də bu pulu hansı xidmət haqqına görə tutduğunu bilmir:
“Dəfərlərlə operatora qoşulmuşam. Birinci operator hansı xidmət haqqı olduğunu bilmir. İkinci operator telefonu üzümə qapayır. Üçüncü operator isə məni telefonda ələ salır.
Qeyd edim ki, mənə heç bir halda öncədən sms göndərilməyib, zəng etdikdən sonra sms göndərdilər. Guya mən tarix görə bilməyəcəm . Kartımın müddəti 2027 ci ilə qədərdir, mən kartımı aldıqda da bu haqda heç bir məlumat verilməyib.
Bərbad xidmətlərinə görə kartı uzun müddətdir istifadə etmirəm. Kartımın bitmə müddətinə var deyə sadəcə xırda məbləğlər və ya “kart to kart” üçün istifadə edirəm . Onda da qarşılaşdığım mənzərə budur.
Bankın xanım əməkdaşına deyirəm ki, hər şey bir qırağa, məni problemli şöbənizə yönləndirin, məni ələ saldığınız üçün də şikayət edəcəm, deyir yazılı yönləndirdik, bizdə zənglə əlaqə xidməti yoxdur”.