Bu gün:
Xezer.info » Siyasət » RUSİYANIN NƏZARƏTİNİN ZƏİFLƏDİLMƏSİNƏ HESABLANMIŞ TƏKLİF…

RUSİYANIN NƏZARƏTİNİN ZƏİFLƏDİLMƏSİNƏ HESABLANMIŞ TƏKLİF…



İlham Əliyevin son səsləndirdiyi təklif doğrudur – Ermənistanla Azərbaycan arasında istənilən yol və kommunikasiyalarda hər iki tərəfdən sərhəd-keçid məntəqələri olmalıdır. Yəni, Laçından Xankəndinə gedən yolda, bizim tərəfdən Azərbaycanın SKM-si, Ermənistan ərazisində də onların SKM-si olmalıdır.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə iqtisadçı Natiq Cəfərli çıxış edib. O bildirib ki, eyni yanaşma Zəngəzur yolunda da baş verməlidir – bu təklif, əslində Ermənistana da sərf edir:

“Hətta, məncə, Ermənistanla da öncədən razılaşdırılıb. Çünki bu təklif Rusiyanın nəzarətinin zəiflədilməsinə hesablanıb, Zəngəzur yolu ilə bağlı məsələnin düyünə düşməsində əsas maneə məhz Rusiya ilə Ermənistan arasında anlaşmanın olmamasındadır. Rəsmi İrəvan Rusiyaya təzyiq edə bilmir, çünki Moskvadan boğazınacan asılıdır, Moskvanın istəyi, hədəfi budur ki, Laçın yolunun da, Zəngəzur yolunun da tək və yeganə sahibi olsun.

Bu tək bizə, Ermənistana deyil, həm də Qərbə sərf etmir, çünki Rusiyadan yan keçən yeni beynəlxalq logistik xəttlərə ehtiyac var, bunlardan ən optimalı və gələcəkdə böyük potensiala malik Azərbaycan üzərindən keçən Şərq-Qərb-Şərq dəhlizidir”.

N.Cəfərli bildirib ki, bu dəhlizin əsas logistik mərkəzi Azərbaycan ola bilər, amma bunun üçün də bizim görəcəyimiz çox iş var:

“Ölkadaxili tranzit tarifləri ilə bağlı yeni yanaşma olmalıdır, tariflər xeyli ucuzlaşdırılmalıdır. “Yaşıl Koridor” prinsipi genişləndirilməlidir. Xarici investorlar və tranzit yükdaşıma sifarişçiləri üçün Azərbaycanın pis imici düzəlməlidir. Gömrük və Vergi qanunvericiliyi yumşadılmalı, sadələşdirilməli və korrupsiyadan təmizlənməlidir. Qonşu ölkələrlə vahid tranzit taarifləri anlaşması imzalanmalıdır”.