Uşağı öldürən həkimlər işdən qovuldu
30-iyul-2016Ötən ay Zataqalada baş vermiş körpə ölümünə görə həkimlər cəzalandırılıb.
Zaqatala Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva APA-ya açıqlamasında bildirib ki, iyunun 23-də xəstəxanada 5 aylıq uşağın (Səlim Laçınovun) dünyasını dəyişməsi hadisəsi Səhiyyə Nazirliyinin Uşaq ölümləri üzrə Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə komissiya araşdırılıb. Onun sözlərinə görə, həmin protokoldan çıxarış nazirlik tərəfindən Zaqatala Mərkəzi Xəstəxanasına göndərilib və qəti tədbir görülməsi tapşırılıb:
“Komissiya araşdırmasının rəyinə əsasən, 2 həkim işdən azad olunub, digər aidiyyatı şəxslərə qarşı inzibatı məsuliyyət tədbirləri görülüb. Işdən çıxarılan 2 həkim uşağın əməliyyatında iştirak edən Elşən Məmmədov (Aslan) və Vəfa Vahabovadır”.
Qeyd edək ki, 2016-cı ilin, 15 yanvar tarixində doğulmuş körpəsi Səlim Laçınov qarın boşluğunda olan ağrılarla əlaqədar 22 iyun, saat 17 radələrində Zaqatala Mərkəzi Xəstəxanasında gətirilib.
Müayinə olunan zaman həkimlər körpədə bağırsaq keçməzliyi olduğunu bildiriblər. Uşağın valideynləri həkim-cərrah Aslan Məmmədovla söhbət zamanı onu Bakıya aparmaq istədiklərini bildirsələr də həkim buna ehtiyacın olmadığını deyib.
İyunun 23-də uşağın vəziyyətinin pisləşdiyini görən həkim əməliyyat qərarı verib. Əməliyyatdan sonra körpənin vəziyyəti pisləşib və o, saat 21:30 radələrində keçinib. Uşağın valideynləri hadisədə həkimi təqsirli hesab edib.