zərbaycan Ordusunun zabiti vəfat edib.
Bakupost.az xəbər verir ki, topoqrafiya ixtisaslı zabiti polkovnik-leytenant Ağayev Vüqar Şümşad oğlu Laçın rayonu istiqamətində döyüş tapşırıqları üzrə vəzifələrini yerinə yetirərkən şəhid olub.
Hərbçimizin ölüm səbəbi hələlik dəqiq bilinmir. İlkin ehtimallara görə, o, ürəktutmasından vəfat edib.
V.Ağayev bu gün Kürdəmirdə dəfn olunacaq.
Qeyd edək ki, polkovnik-leytenat Vüqar Ağayev 44 günlük Vətən Müharibəsi zamanı döyüş fəaliyyətlərinin planlaşdırılması və yerinə yetirilməsi zamanı göstərdiyi yüksək xidmətlərə görə müxtəlif orden və medallarla təltif edilmişdi.
Allah rəhmət eləsin!