“Kaş, hamıya ev qismət olsun” – Qəşəm Nəcəfzadə
19-fev-2023“Mehriban xanıma və Cənab Prezidentimizə öz dərin təşəkkürümü bildirirəm. Kaş, hamıya ev qismət olsun”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında şair, publisist Qəşəm Nəcəfzadə deyib.
O, Mehriban Əliyevaya və Prezidentə təşəkkür etdiyini deyib:
“Mehriban xanıma və Cənab Prezidentimizə öz dərin təşəkkürümü bildirirəm. Kaş hamıya ev qismət olsun, hamıya ev verilsin, hamının ehtiyacı var. Şəraitsiz, ünvanı olmayan, təcili yardım çağırılanda gəlməyən, məktubları ünvana çatmayan bir evdə qalırdım. Mən Cənab Prezidentə və Mehriban xanıma təşəkkür edirəm”.
Qeyd edək ki, Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva şair, publisist Qəşəm Nəcəfzadəyə ev hədiyyə edib. Şair qeyd edib ki, ona bağışlanan ev Bakı şəhərindədir.