Süleyman Soylu Kahramanmaraşda Azərbaycanın xilasedicilərinin qaldığı əraziyə gəlib
19-fev-2023Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyətinin də yerləşdiyi Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Koordinasiya Mərkəzinə gəlib.
Nazir Mərkəzdə yaradılmış şəraitlə tanış olub.
Süleyman Soyluya şəraitlə bağlı məlumat verilib.
Daxili işlər naziri Azərbaycanın xilasedicilərinə gördükləri işlərlə bağlı təşəkkür edib.//report