Bu gün:
Xezer.info » Bu gün » Lənkəran Dövlət Humanitar Kollecində nələr baş vermir? -Kollecdə biabırçılıq: tələbələr sanki “bazar”da…ŞİKAYƏT

Lənkəran Dövlət Humanitar Kollecində nələr baş vermir? -Kollecdə biabırçılıq: tələbələr sanki “bazar”da…ŞİKAYƏT


Lənkəran Dövlət Humanitar Kollecində nələr baş vermir? -Kollecdə biabırçılıq: tələbələr sanki “bazar”da…ŞİKAYƏT
Teref.info-nun poçtuna Lənkəran Dövlət Humanitar Kollecində baş verən neqativ hallarla bağlı şikayət məktubu daxil olub. Bu təhsil ocağından mediada dəfələrlə tənqidi yazılar və şikayətlər getsədə bu günə qədər nə Təhsil Nazirliyindən nədə Kollecin rəhbərliyindən cavab ala bilməmişik. Teref.info olaraq yenə Lənkəran Dövlət Humanitar Kollecinin rəhbərliyi ilə əlaqə saxlamaq istəsəkdə buna naiul ola bilmədik ki, onlarında fikrini oxuculara çatdıraq! Şikayət mıəktubu göndərən valideyin yazır:
Dövlət imtahanlarına 500 manat pul alındı….. YAY kurslarında tələbə yoxdur.… "Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov TƏLƏBƏLƏRİ KƏSRDƏ SAXLAYARAQ yeni rüşvətalma mexanizmi ilə işləyir Ülviyyə Rzayeva pulu tələbələrdən qorxu gəlməklə yigır.Bildirir ki ,bu göstərişi ona gizli şəkildə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov verib.Qiyabi şöbənin müdiri Xuraman son kurs tələbələri kollecə cagıraraq onlara hədə-qorxu gələrək dövlət imtahalarına 300 manat verməsələr kəsiləcəklərini bildirir.Musiqi şöbəsinin müdiri Fikrət qabilliyyət -qəbul imtahanlarına hamının gözu qabaginda ixtisaslarda fərqli olaraq 3.000 -4.000 manat rüşvət yigır.Muəllimlərin hər biri Müaven Aysel lə birləşərək kollekum imtahanlarında hər bir tələbədən 30-50 manat rüşvət alırlar.Kollec direktoru kollecdə saxta ştatlar acaraq öz əmri ilə təsdiqləmişdir.Eyni zamanda QİYMƏT-MONİTORİNQ mərkəzini acaraq butun rüşvətin yıgılmasını ora cəmləşdirmisdir. Direktorun göstərişi ilə tələbələr kəsirdə saxlanınlır və bu yolla onlardan pul tələb olunur. Daha sonra əlaltıları olan qyabi şöbəsində Xuraman Ələkbərova,Musiqidə Fikrət Kərimov və müavin Aysel Mehdiyeva işə qarışır və kəsr imtahanlarını 50 manata yazdırırlar. Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidovun bu günki fəaliyyətində korrupsiya faktları var. Ruslan Həmidov bu təhsil ocağını bazara, kimlərinsə gəlir mənbəyinə cevirib. Kollecdə bufet anti-sanitariya qaydasındadır.Ruslan bufeti vergilərdən gizlədir və hər ay bufetdə Aga adlı şəxsdən 300 manat haqq alır. Bufet hec yerdə qeydiyyatda deyil. Kollecin budcəsi təyinatı üzrə düzgun bölunmur. Vəsaitlər kiminsə cibinə xidmət edir. Bu yaxınlarda bir gunə sildiyi 12.000 manat dəftərxanə ləvazimatından hec kim faydalanmayıb.Direktor Ruslan kollecin musiqi şöbəsinin müdiri Fikrət adlı şəxslə birləşərək 86.000 manat pulu guya şöbənin təmirinə sərf etmiş və işə götürdüyü qohumu meyxanacı Natiqin əli ilə xərcləmişdir. O hazırda russiyadadır. Tələbələrin təqaudləri, müəllimlərin maaşları düzgün hesablanmır.Kollecin İngilis dili müəlləmi Aysel Mehdiyevanı heç bir rəhbərlik təcrübəsi olmadan kollecə bir başa tədris hissə müdiri vəzifəsinə təyin edib. Səbəbi aydındır A.Mehdiyeva R.Həmidovla əlbir olaraq kollecə bərpa olunan tələbələrin qeydiyyatını aparmaqdan ötrü rüşvət yığaraq vasitəçilik edir. Tələbələrə diplomları 100 manat alaraq verir. Direktor Ruslan kollecin musiqi şöbəsinin müdiri Fikrətlə birləşərək kollecə tələbə qəbulu aparırlar.Qabilliyət imtahanindan Fikrət 3.000-4000 min manat valideyndən qorxudaraq pul alır.. Kollecin qiyabi şöbə müdiri Xuraman Ələkbərova bir tələbədən semester imtahanı üçün 150-200 manat, kurs işi üçün 30 manat, yoxlama yazı işi üçün 20 manat, son kurs tələbələrin dövlət imtahanları üçün 300-400 manat pul yığır.Xuraman xusüsi dəftərdə pul aldıqlarının siyahısı yazılır və sumkasında saxlayır. Kollecin musiqi şöbə müdiri Fikrət Kərimli semester imtahanı üçün bir tələbədən 150-200, son kurs tələbələrin dovlət imtahanı üçün 250-300manat pul yığır. Ona Fikrət kömək edir.Musiqi şöbədə dərslər tədris planlarina uyğun bölünməmişdir. Kollecin Pedaqoji təcrübə rəhbəri diplomqabağı pedaqoji təcrübədə iştirak edən tələbələrin qiymətlərini şişirdilib yazılmasına 100 manat, təcrübədən yayınmaqdan ötrü isə 200 manat rüşvət yığır. Kəsr imtahanından hər tələbədən 1 kəsrə görə 50 manatdan rüşvət alırlar.PULLAR RUSLANIN SURUCUSU KAMRANDA CƏMLƏNİR. Kəsrdə qalan tələbələrin yay dərsləri başlanıb.Lakin sinif otaqlarında indi tələbə yoxdur.Hər bir tələbədən 350 -500 man alan Aysel(Ruslanın sag əli) tələbələri evə buraxmışdır. Kollecin psixoloqu Maya və tərbiyəvi –təşkilatçi Ülviyyə Ruslanın tapşırıgı ilə kollecdə icazə işinə və diplom satmaga nəzarət edirlər. . Belaki 1 güna 10 manat, 6 guna 40 manat, 15 günə 100 manat, 1 aya 200 manata icazə verilir. Aylarla dərsə gəlməyib Bakıda və Russiyada yaşayanlar var ki, onlar aya 300 manat pul verirlər. kollecdə dərs bölgüləri də düzgün aparılmır. Onun sözlərinə görə, direktor Ruslan Həmidov kollecdə tam ştat vəzifədə işləməsinə rəğmən, Lənkəran Dövlət Universitetində də müəllim kimi çalışır. «Bu isə qanuna ziddir. Hər uşaq fond pulu olaraq ayda 1 manat, tələbə bileti üçün isə 50 manat verməlidir. Bu işləri direktor Ülviyyə, Maya, Xuraman, Fikrət və Ayselə həvalə edib». Ruslan Həmidov LDU-nun təsərrüfat müdiri vəzifəsində çalışıb və oradan da LDHK-yə direktor təyinatı alıb. «O, kollecin baş mühasibi Azadə ilə birləşərək xüsusi vəsaitdən 180 min manat pul mənimsəyiblər. Belə ki, 140 min manatı xüsusi vəsaiğdən təyinatdan kənar köhnə binanın təmirinə xərcləyiblər. Bu pulla ancaq ağartma işləri, Musiqi Şöbəsinin pəncərə və dam örtüyünü yeniləməyə sərf ediblər. Büdcədən ayrılmış 24 min manatı isə 1 günün içində dəftərxana ləvazimatları üçün xərcləyiblər»Həmidovun kollecdəki digər gəlir yerləri sırasında bufet də var. Amma əsas qazanc mənbələrindən biri isə Lənkəranın Həftoni qəsəbəsində inşa etdirdikləridir. «Həmidov Həftoni qəsəbəsində işçisi Nadir Axundovla bir yerdə 3 hektar ərazidə özünə villa, şadlıq evi və istirahət pansionatı tikidirir. 2 ilə yaxındır direktor işəyən bir şəxsin tikinti işlərinə 700 min manat pul xərclədiyi deyilir. Tikinti işlərinə də Nadir Axundov rəhbərlik edir. Lənkəranın mikrorayonlarında və mərkəzində, Sutamurbovda evləri və maqazinləri olan kollec direktorunun bu qədər imkana sahib olmasının özü müəmmalıdır. Onun həmçinin şəhərin mərkəzində 580 kv.metr həcmində çilçıraq dükanı da var. Qapısında isə iki maşın dayanır. Onlardan biri «Range Rover», digəri isə «Hyundai»dir». Ruslan Həmidov LDU-da təsərrüfat müdiri işləyən zamandan bir sıra maxinasiyalara imza atıb. Bu barədə qeyd edir ki, o, LDU-ya ayrılmış 480 min manatı rektor A.İsgəndərovla birlikdə sirrli şəkildə xərcləyiblər. Belə ki, univeristetin korpuslarının təmir edilməsinə ayrılmış 50 min manata yaxın pulun nəyə xərcləndiyi məlum deyil. Ruslan Həmidovun «Şəhər İnşaat» MMC şirkətinin əliylə həyata keçirilən prosesin əsas məqsədi pul silməkdən ibarət olub. Universitetin 2 saylı tədris korpusunda abadlıq işlərinin satın alınması üçün ayrılmış 59 min manatdan da xəbəri olan yoxdur». hələ 2005-2006-cı illərdə Hesablama Palatası LDU-da yolxama apararaq, xeyli yeyinti halları aşkarlamışdı. Həmin araşdırma zamanı məlum olmuşdu ki, Ruslan Həmidov və yaratdığı «Şəhər İnşaat» şirkəti büdcə vəsaitlərinin 1 milyon manatını mənimsəyib: «Birinci faktda vurğulanır ki, Lənkəran şəhəri Füzuli küçəsində yerləşən, əvvəllər Lənkəran Sovxoz- Texnikumu kimi fəaliyyət göstərən təhsil ocağına məxsus tikili təmir edilərək LDU-nun balansına verilib. Rektor A.İsgəndərov və təsərrüfat müdiri R.Həmidovla birləşərək, yarımçıq tikilinin panellərinin hər birini 350 manata, mişar daşlarını, dəmirdən olan hörgülərini, armaturlarını, bütün materiallarını sataraq, pula çeviriblər. LDU-nun balansında olan torpaq sahəsinin yola baxan hissələri isə iş adamlarına ya icarəyə verilib, ya da böyük məbləğ müqabilində satılıb».İkinci fakt kimi isə Maliyyə Nazirliyinin apardığı 3 yoxlamadan sonra ortaya çıxan mənzərə göstərilir. «Nazirliyin yoxlaması zamanı məlum olub ki, kollec rəhbərliyi büdcədən 165 min manatın israf edildiyini dəqiqləşdirib və onun geri ödənilməsini təmin edib». Hələ bilmədiyimiz çox şeylər, əmr kitablarında var. Qanunsuz tələbə köcurmələri, tələbə qəbulları, maliyyə vəsaitlərin mənimsənilməsi, tələbələrə qarşə huquqa zidd hərəkətlər, kadrlarin qeyri-şəffaf yerləşdirilməsi, kollecə rəhbərlik və nəzarətdə ciddi nöqsanlar, dərsə dəvamiyyətin zəif olmasi, bəzi fənnlərin ümümiyyətlə tədris olunmaması, Qiyabi şöbədə dərslərin dərs cədvəlinə uyğun tədris edilməməsi və yuklərin düzgün bölüşdürülməməsı, təhsil sənədlərinin alınması , paylanması və ucotunun aparılması, mühasibatlıqda müxtəlif mövzulər üzrə satınalma prosedurlarını mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmaması və invertarların alınmasında özünün yaratdiğı MMC vasitəsi ilə pulların mənimsənilməsi, satın almada qeyri-şəffaflıq və sairə kimi neqativ halları Ruslan Həmidov, Xuraman Ələkbərova, Maya Muradova,Ülviyyə Rzayeva,Aysel Mehdiyev , Fikrət Kərimov kimi insanların cinayət törədərək kolleci gəlir-mənfəət mənbəyinə cevirmişlər.BİZİM SƏSİMİZİ EŞİDİN.Kömək edin.
NİZAMİ MƏMMƏDOV-Lənkəran şəhər sakini ,valideyn 29.07.2016
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!Teref.info