Bu gün:
Xezer.info » Cəmiyyət » Azərbaycan bir neçə konvensiyaya Ermənistana münasibətdə məlum qeyd-şərtlə qoşulur

Azərbaycan bir neçə konvensiyaya Ermənistana münasibətdə məlum qeyd-şərtlə qoşulur


Azərbaycan bir neçə konvensiyaya Ermənistana münasibətdə məlum qeyd-şərtlə qoşulur
Azərbaycan bir neçə konvensiyaya Ermənistana münasibətdə məlum qeyd-şərtlə qoşulur.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclasında müzakirəyə çıxarılıb.

Gündəliyin 3-cü və 4-cü məsələləri ilə bağlı komitə üzvü Nizami Səfərov məlumat verib. O, bildirib ki, üçüncü məsələ “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsidir. Qeyd olunub ki, Əlavə Protokol 1957-ci ildə qəbul edilmiş “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədinə xidmət edir.

4-cü məsələ olan “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsində xaricdə təqdim ediləcək məhkəmə və qeyri-məhkəmə sənədlərinin ünvanlanan şəxsin nəzərinə vaxtında çatdırılmasını təmin etmək üçün müvafiq vasitələrin yaradılmasını nəzərdə tutur.

Qeyd olunub ki, hər iki konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

“Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsini komitənin sədri Əli Hüseynli təqdim edib. O, bildirib ki, konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur və bu konvensiyaya da Azərbaycan Ermənistana münasibətdə məlum qeyd-şərtlə qoşulur.