Pərviz Şahbazov: Azərbaycan Avropaya külək elektrik enerjisinin nəqli imkanlarını müzakirə edir
22-sen-2022Pərviz Şahbazov: Azərbaycan Avropaya külək elektrik enerjisinin nəqli imkanlarını müzakirə edir
Biz Xəzərin Azərbaycan sektorunda böyük külək enerjisi potensialı aşkar etmişik.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Rumıniyada Beynəlxalq Qaz Konfransında deyib.
"Burada külək enerjisi potensialı 157 giqavatdır ki, bunun da 35 giqavatı dayaz sulardadır. Bu, çox sərfəli layihədir və biz artıq danışıqlara, eləcə də müxtəlif enerji şirkətləri ilə bəzi layihələrə başlamışıq. Bu gün biz Rumıniya, Gürcüstan, Macarıstanla Avropa bazarına daşınma yollarını müzakirə edirik. Bu, bizim Avropanın enerji təhlükəsizliyinə uzunmüddətli töhfəmiz olacaq", - nazir bildirib.