Hazırda İT mütəxəssisləri arasında pedoqoji sahəyə maraq göstərən o qədər də yüksək deyil
22-sen-2022Hazırda İT mütəxəssisləri arasında pedoqoji sahəyə maraq göstərən o qədər də yüksək deyil
Hazırda əmək bazarında İT mütəxəssisləri arasında pedoqoji sahəyə maraq göstərən o qədər də yüksək deyil.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Konfrasında Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov bildirib.
O öz çızışında peşəkar pedoqoji heyətin çatışmazlığını əsas problemlərdən biri adlandırıb:
“Bu gün hətta özəl şirkətlərdə belə peşəkar kadrların transformasiyası, yerləşməsi, transferi, kadr axını problemləri var. Mükəmməl kadrları saxlamaq o qədər də asan başa gəlmir.
DGK-nın Akademiyası kifayət qədər rəqabət qabiliyyətli (sosial təminat və maaş baxımından) ali təhsil ocaqlarından hesab olunur. Ona görə də cəlb etdiyimiz kadrlar baxımından özümüzü şanslı ali təhsil müəssisələrindən biri sayırıq. Lakin hesab edirəm ki, bu problem yaxın illərdə də öz aktuallığını saxlayacaq”.
Akademiya rəisi kadr ehtiyatına təsir göstərən əsas problemləri sadalayıb:
“Azərbaycan dilində tədris resurslarının olmaması ciddi problemlərdən biridir. Bu səbəbdən Akademiyada ingilis dilinin tədrisini o səviyyəyə gətirmişik ki, tələbələrimiz ikinci kursdan ingilis dilli resurslardan istifadə edə bilsinlər. Laboratoriya resursları, təcrübə imkanları da məhduddur. Özəl sektorun kadr hazırlığına cəlb olunması da başlıca zərurətlər arasındadır”.
Q.Novruzov bildirib ki, əmək bazarında rəqabət qabiliyyətinin təmin olunması maaş sistemi ilə bağlıdır. O həmçinin ölkədəki qabaqcıl şirkətlərin bu prosesə cəlb olunmasında addımlar atıldığını qeyd edib:
“Artıq bir neçə şirkətlə əməkdaşlıq edirik. O cümlədən beynəlxalq əməkdaşlıq alətlərindən də istifadə edirik. Dövlət Gömrük Komitəsinin Akademiyası Avropa İttifaqının "Erasmus" layihəsinin iştirakçısıdır”.
Akademiya rəisi bildirib ki, informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığı ilə məşğul olan müəssisələrin mübadilə platformasının yaradılması da bir çox problemlərin həllinə səbəb ola bilər.