“Bakcell”: Axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb
21-sen-2022Bu gün axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb.
Bu barədə Trend-ə “Bakcell” şirkətindən məlumat verilib.
“Artıq abunəçilərimiz rahatlıqla “Bakcell” xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!”, - deyə məlumatda qeyd olunub.