Məhkəmə zalından həbs edilən MTN zabitinin müsadirə olunan əmlakları - SİYAHI
21-sen-2022Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi polkovnik Yasin Məmmədovun müsadirə olunan əmlaklarının siyahısı məlum olub.
Trend-in məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Yasin Məmmədovun öz adına və qohumu Fərid Məmmədovun adına rəsmiləşdirilmiş ümumilikdə 278 min 600 manatlıq əmlakı müsadirə olunub.
Həmin əmlaklar-Bakı şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən 102 min 200 manatlıq ev;
Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən 104 min manatlıq mənzil;
Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən 72 min manatlıq torpaq sahəsidir.
Xatırladaq ki, bu gün elan olunmuş hökmə əsasən Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.
Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərov məhkəmə zalından həbs edilib.