Putin imzaladığı qismən səfərbərlik barədə fərmanda 7-ci müddəa acıqlanmır
21-sen-2022Rusiya Prezidenti Vladimir Putin bu gün ölkədə qismən səfərbərlik barədə fərman imzalayıb. Daha sonra isə ölkə mediasında fərmanın müddəaları paylaşılıb.
“İki sahil” xəbər verir ki, fərmanda 7-ci müddəanın göstərilməməsi və 6-cı müddəadan sonra 8-cinin göstərilməsi diqqətdən yayınmayıb.
Məsələ ilə bağlı açıqlama verən Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, sözügedən fərmanın 7-ci bəndinin tərkibi açıqlana bilməz.
Onun sözlərinə görə, 7-ci gizlidir və yalnızca xidməti istifadə üçün nəzərdə tutulub. Bununla belə, Peskov qeyd edib ki, həmin bəndin məzmunu səfərbərliyə cəlb ediləcək vətəndaşların sayı ilə bağlıdır.
“Sizə yalnızca bunu deyə bilərəm ki, Sergey Şoyqu öz çıxışında 300 minə qədər şəxsin cəlb ediləcəyini bildirib. Orada söhbət 300 minə qədər şəxsin sayından gedir”, - deyə Peskov qeyd edib.