Milli Məclisdə Ermənistanın işğalı nəticəsində dəymiş ziyanla bağlı xüsusi dinləmə keçiriləcək
21-sen-2022Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu, bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün İş planına daxil edilib.