Bu gün:
Xezer.info » İqtisadiyyat » Rövşən Nəcəf: Çoxşaxəli ixrac-nəql sistemi Azərbaycanın rəqabət qabiliyyətinin artmasına zəmin yaradıb

Rövşən Nəcəf: Çoxşaxəli ixrac-nəql sistemi Azərbaycanın rəqabət qabiliyyətinin artmasına zəmin yaradıb


Rövşən Nəcəf: Çoxşaxəli ixrac-nəql sistemi Azərbaycanın rəqabət qabiliyyətinin artmasına zəmin yaradıb
"Çoxşaxəli ixrac-nəql sistemi Azərbaycanın enerji resurslarının dünya bazarlarına birbaşa çıxışını təmin edib, ölkəmizin rəqabət qabiliyyətinin artmasına və enerji təhlükəsizliyinin güclənməsinə əlverişli zəmin yaradıb".

“İki sahil” xəbər verir ki, bu fikirləri SOCAR-ın prezidenti Rövşən Nəcəf “Neftçilər Günü”nə həsr olunan konfransda deyib.

Rövşən Nəcəf ölkəmizin dayanıqlı və inkluziv inkişafının təməlinin ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində “Əsrin müqaviləsi” ilə qoyulduğunu qeyd edib. SOCAR-ın prezidenti “Əsrin müqaviləsi”nin ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sənayesinin və insan kapitalının davamlı inkişafına güclü təkan verdiyini və Azərbaycanın iqtisadi qüdrətini daha da artırdığını vurğulayıb.

Builki “Neftçilər Günü”nün “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilk neft hasilatının 25-ci ildönümünə təsadüf etdiyini bildirən Rövşən Nəcəf bu münasibətlə bütün xarici tərəfdaşları təbrik edib, neft sənayemizin inkişafına verdikləri töhfəyə görə onlara təşəkkür edib.