Azərbaycan “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolu təsdiqləyəcək
20-sen-2022Azərbaycan “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolu təsdiqləyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisə daxil olub.
“Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə” qanununun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.