Blinken Ceyhun Bayramov və Mirzoyanı ayın sonuna qədər yenidən görüşməyə çağırıb
20-sen-2022ABŞ Dövlət katibi Entoni Blinken son toqquşmalardan sonra ilk birbaşa danışıqlar üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.
"İki sahil" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Onun sözlərinə görə, Dövlət katibi Blinken gələcək eskalasiyanın qarşısının alınmasının və sülh prosesinə qayıtmağın vacibliyini vurğulayıb.
“Onlar növbəti addımları müzakirə ediblər və Dövlət katibi tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb”, - Preyas deyib.