Bu gün:
Xezer.info » Cəmiyyət » Mirsamir Məmmədov: Pelosinin Ermənistana səfərini və etdiyi çıxışları erməni lobbisi planlayıb

Mirsamir Məmmədov: Pelosinin Ermənistana səfərini və etdiyi çıxışları erməni lobbisi planlayıb


Mirsamir Məmmədov: Pelosinin Ermənistana səfərini və etdiyi çıxışları erməni lobbisi planlayıb
Nensi Pelosinin Ermənistanda Azərbaycanın ünvanına səsləndirdiyi qərəzli və böhtan xarakterli bəyanatı erməni lobbisinin diktəsidir. O‚ Azərbaycanın ünvanına bu cür yalan və böhtan xarakterli danışmaqla‚ yüksək ABŞ rəsmisi kimi yox‚ ermənilərin hüquqlarının müdafiəçisi və erməni diasporunun nümayəndəsi kimi hərəkət etmiş oldu. Nensi Pelosinin xalqlararası münasibətlərə zərbə vuracaq bu addımı ABŞ-ın özünə xəyanətdir və Amerikanın xarici siyasətinə kölgə salmaqdır..

“İki sahil” xəbər verir ki, bunu‚ ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda Azərbaycanın ünvanına səsləndirdiyi qərəzli və böhtan xarakterli bəyənatlarından danışarkən siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov bildirib.

M.Məmmədov əlavə edib ki, Nensi Pelosinin işğalçı və terror dövləti olan Ermənistandan Azərbaycanın ünvanın səsləndirdiyi bəyanatlar onun şəxsi hisslərinin və emosional duyğularının məhsuludur. Nensi Pelosinin Azərbaycana dair səsləndirdiyi bütün fikir və ifadələri qərəz‚ böhtan və qarayaxmadan ibarətdir. Pelosinin qərəzli çıxışları münasibətlərə zərbədir və rəsmi protokol qaydalarına ziddir. Nensi açıq-aşkar emosional davranaraq rəsmi protokol qaydalarından kənara çıxdı. O‚ Ermənistanda başqa bir ölkənin rəsmisi kimi yox‚ bir erməni kimi çıxış etdi. Pelosi‚ yüksək ABŞ rəsmisi kimi neytral mövqedən‚ tərəfsiz çıxış etməli olan və buna borclu olan ABŞ rəsmisi kimi yox‚ sanki erməni diaspora təşkilatlarının rəhbəri kimi danışdı. Sanki öz təmsil etdiyi dövlətin yox‚ məhz yalnız ermənistanın müqəddəratını və erməni maraqlarını öz çiyinlərində daşımalı olan bir erməni kimi diasporası olaraq çıxış etdi. Pelosi bu emosional çıxışları ilə birmənalı olaraq ermənidən daha çox ermənilik etməyə çalışdı.

M.Məmmədov deyib ki, o‚ İrəvandakı qondarma və uydurma saxta soyqırım abidəsində son dərəcə emosional və hissi davranaraq bir ermənidən daha artıq şəkildə ağlayaraq şou göstərdi. Pelosinin bu qeyri-adi emosional‚ hissi davranışları və ermənidən daha artıq ermənilik etməsi‚ hadisələrə və baş verənlərə erməni soyunun mənsubu kimi yanaşması və bir erməni kimi davranış sərgiləməsi ABŞ kimi bir ölkənin imicinə xələl gətirəcək addımdır.

Amerika kimi bir ölkənin qanunverici orqanının yüksək ranqlı bir rəsmisinin nəhəng dövlətin xarici siyasətinə öz şəxsi hisslərini və emosiyalarını‚ habelə şəxsi təəssübkeşliyini və özünün ermənisevərliyini və ya erməniliyini qatması elə ən birinci ABŞ-ın imicinə‚ nüfuzuna və dövlət maraqlarına xəyanətdir. Nensinin təmsil etdiyi dövlətin gələcək imicinə kölgə salması ABŞ-ı idarə edən siyasətçilər‚ ideoloqları və strateqləri tərəfindən əks reaksiya ilə qarşılanmalıdır. Adətən mahiyyəti üzrə yüksək ABŞ rəsmiləri bölgəyə səfər edərkən neytrallıq prinsipini qorumalı‚ Ermənistandan sonra Azərbaycana səfər etməli və hər iki ölkədə obyektiv və qərəzsiz ifadələr səsləndirməli və sadəcə sülh çağırışları etməli idi. Amma Pelosinin Ermənistandan Azərbaycanın ünvanına yalan‚ böhtan dolu qərəzli bəyanatlar səsləndirməsi‚ baş verən erməni təxribatlarının əksinə olaraq Azərbaycanı günahlandırması‚ Azərbaycanı riyakarcasına Ermənistana hücum etməkdə suçlaması ermənidən daha artıq ermənilik etməkdir. Bu qərəzli bəyanatlar‚ suçlamalar və təhdid və hədələmələr yüksək vəzifəli ABŞ rəsmisinin edəcəyi çıxışlar deyildi. Nensi Pelosi hər hansı soyqırımdan danışırsa‚ ilk öncə‚ yaxın keçmişdə‚ 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda törədilən və misli görünməyən vəhşət və soyqırım haqqında danışmalıdır.

Onun Azərbaycan və Türkiyəni suçlaması ABŞ-ın beynəlxalq nüfuzuna və imicinə sığmayan bir hərəkətdir. Görünür ki‚ Pelosi bu emosional çıxışı ilə vəzifə səıahiyyətlərindən süi-istifadə etməklə bu ilin noyabr ayında ABŞ-da Konqresin aşağı palatasına keçiriləcək seçkilərdə birmənalı olaraq erməni lobbisinin dəstəyini qazanmağı hədəfləyib. Adəti üsrə Amerika siyasətçiləri hər seçki öncəsi erməni lobbisinin dəstəyini almaq üçün‚ qondarma və uydurma erməni soyqrımından bəhs edir və Ermənistana dəstək bəyanatları səsləndirirlər.

Hesab edirəm ki, Nensi Pelosinin fikirləri qətiyyən Amerika dövlətinin rəsmi mövqeyi ola bilməz. Çünki‚ əvvəla Nensi Pelosi ABŞ-ın Xarici siyasətini və təhlükəsizlik maraqlarını bilavasitə müəyyənləşdirən şəxs deyil. Nümayənldələr Palatası da belə bir qurum deyil. Pelosi bu emosional addımları ilə sürətlə xarici siyasətə qarışmağa təşəbbüs göstərir. Hazırda Bayden Adminstrasiyası ilə Pelosi arasında ciddi fikir ayrılığı mövcuddur. Bu səbəbdən Pelosinin çıxışı Amerika dövlətinin rəsmi mövqeyi deyil. Hazırda Pelosinin İrəvana səfərini də Amerika dövləti maliyyələşdirməyib. Nensi Pelosinin Ermənistana səfərini birbaba erməni lobbisi maliyyələşdirib. Bu səfər üçün erməni lobbisi tərəfindən yüz milyonlar sərf olunub.

Pelosinin Ermənistana bu səfərini və İrəvanda Azərbaycan əleyhinə sərt və kəskin anti-Azərbaycan xarakterli çıxışını məhz erməni lobbisi planlayıb. Səfərin bütün hərəkət trayektoriyası və senarisi erməni lobbisi tərəfindən tərtib edilib. Amerika və Azərbaycan arasında onilliklərə söykənən dostluq münasibətləri və güclü siyasi-iqtisadi əlaqələr mövcuddur. Nensi Pelosi isə bütün bunlara zərbə endirməyə‚ hər iki ölkə və xalq arasındakı dostluq münasibətlərini pozmağa çalışır. Bu isə ancaq erməni lobbisinin istəyidir və ancaq məhz Ermənista sərf edən‚ erməni maraqlarına cavab verən addımdır.

Ümid edirəm ki, Amerikanın xarici siyasətini müəyyənləşdirən şəxslər erməni lobbisinin sifarişi ilə reallşana bu səfərər və təxribatçı çıxışa münasibət göstərəcəklər.