Bu gün:
Xezer.info » Siyasət » Pelosi elə yaşdadır ki, nə desən ağlayacaq - Fəzail İbrahimli

Pelosi elə yaşdadır ki, nə desən ağlayacaq - Fəzail İbrahimli


Pelosi elə yaşdadır ki, nə desən ağlayacaq - Fəzail İbrahimli
Çoxları elə bilir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ermənilər üçün ağlayır, ancaq o elə yaşdadır ki, nə desən ağlayacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, N.Pelosinin ağlamağı heç bir xeyir vermir, əksinə Ermənistan üçün problem yaradan gözyaşıdır.

“Onlar ağlamağı bacarmır, şou göstərir. ABŞ-da seçki keçiriləcək, Pelosi Ermənistana erməni lobbisinin səsini almaq üçün gəlib. Bunlar erməni pulu ilə senator seçilir, dolanırlar”, - deyə o əlavə edib.