Azərbaycanda mövsümi vergilərin tətbiq olunması təklif edilir
19-sen-2022Azərbaycanda mövsümi vergilərin tətbiq olunması təklif edilir.
Trend-in görə, bu təkliflə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat İqbal Məmmədov çıxış edib.
O bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməlidir:
“Bununla bağlı bizə kifayət qədər məktublar daxil olur. Rayonlarda elə vergilər var ki, onlar mövsümlə bağlıdır. Ona görə də bu məsələnin iş planına daxil edilməsini təklif edirəm”, - deyə o qeyd edib.