Bu gün:
Xezer.info » Siyasət » Azərbaycanla Özbəkistan arasında yeni saziş Milli Məclisin plenar iclasına tövsiyə edilib

Azərbaycanla Özbəkistan arasında yeni saziş Milli Məclisin plenar iclasına tövsiyə edilib


Azərbaycanla Özbəkistan arasında yeni saziş Milli Məclisin plenar iclasına tövsiyə edilib
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Saziş təsdiq edilməsi üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Trend-in məlumatına görə, saziş Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Sazişdə 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanan, preambula və 22 maddədən ibarət olan Sazişdə sərnişinlərin daşınmasının təşkili qaydaları, icazələrin verilməsi qaydaları, yük daşımaları, yük daşımalarına dair icazələrin növləri, müddətləri, fərqlənmə və qeydiyyat nişanları, sürücülük vəsiqələri, qabarit və çəki, xüsusi yüklərin daşınması, vergi və rüsumlar, sanitar, gömrük, avtonəqliyyat vasitəsi sahibinin üçüncü şəxslərə vurduğu ziyana görə məsuliyyət və s kimi məsələlərin tənzimlənməsi öz əksini tapıb.