Ərdoğan Liviya Prezident Şurasının rəhbərini qəbul edib
19-sen-2022Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Prezident Şurasının rəhbəri Məhəmməd əl-Mənfini qəbul edib.
Trend xəbər verir ki, R.T.Ərdoğan Liviya Prezident Şurasının rəhbərini BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün gəldiyi Nyu-Yorkdakı Türk Evində qəbul edib.
Görüş mətbuata qapalı formatda keçirilib.