Bu gün:
Xezer.info » İdman » "PSJ" Messi və Ramosla müqaviləni yeniləməyə hazırdır

"PSJ" Messi və Ramosla müqaviləni yeniləməyə hazırdır


"PSJ" Messi və Ramosla müqaviləni yeniləməyə hazırdır
"Pari Sen-Jermen" futbol klubunun idman direktoru Luiş Kampuş klubun hücumçu Lionel Messi və müdafiəçi Serxio Ramosun müqaviləsini uzatmağa hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə "RMC Sport" xəbər verib.

"Ötən mövsüm Messi üçün çətin keçib. Həyat tərzində köklü dəyişiklik edib, yeni yerə köçüb. İndi biz Messinin öz səviyyəsində oynadığını görürük. Ümid edirəm ki, o, PSJ-də qalacaq. Ramos ötən mövsümdən narazıdır. O, irəliləyir. Müqaviləni uzatmaq? Niyə də yox", - deyə L.Kampuş bildirib.