Bu gün:
Xezer.info » Qarabağ » Ermənistanın təxribatı nəticəsində yaralanan Azərbaycan Ordusunun hərbçisi şəhid olub - MN

Ermənistanın təxribatı nəticəsində yaralanan Azərbaycan Ordusunun hərbçisi şəhid olub - MN


Ermənistanın təxribatı nəticəsində yaralanan Azərbaycan Ordusunun hərbçisi şəhid olub - MN
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin.