Bu gün:
Xezer.info » İdman » “Neftçi” “Səbail”ə qalib gələrək liderliyə yüksəlib

“Neftçi” “Səbail”ə qalib gələrək liderliyə yüksəlib


“Neftçi” “Səbail”ə qalib gələrək liderliyə yüksəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun növbəti qarşılaşması baş tutub.

Trend xəbər verir ki, “Səbail” “Asco Arena”da “Neftçi”ni qəbul edib. Görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanıblar.

Qolları ikinci hissədə - 53-cü dəqiqədə Emin Mahmudov, 83-cü dəqiqədə isə Gilyerme Pato vurublar.

Bu nəticədən sonra xallarını 18-ə çatdıran “Neftçi” ilk pilləyə yüksəlib. “Səbail” isə 5 xalla 7-ci sırada qalıb.

Birinci oyununda “Sabah” “Turan Tovuz”a 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, sentyabrın 17-də “Qəbələ” – “Sumqayıt”, bir gün sonra isə “Kəpəz” – “Şamaxı” və “Zirə” – “Qarabağ” qarşılaşmaları keçiriləcək.