Bu gün:
Xezer.info » Cəmiyyət » Sosial şəbəkələrdə paylaşılan görüntülərin Müdafiə Nazirliyi ilə əlaqəsi yoxdur

Sosial şəbəkələrdə paylaşılan görüntülərin Müdafiə Nazirliyi ilə əlaqəsi yoxdur


Sosial şəbəkələrdə paylaşılan görüntülərin Müdafiə Nazirliyi ilə əlaqəsi yoxdur
Müdafiə Nazirliyi sosial şəbəkələrdə paylaşılan videogörüntülərlə bağlı açıqlama yayıb.

“İki sahil” xəbər verir ki, məlumatda bildirilir: "Sosial şəbəkələrdə məlum foto və videogörüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi olmadığını qətiyyətlə bildiririk. Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur.

Bildiririk ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır. Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!