Prezident: “Azərbaycan beynəlxalq hüquq, ədalət əsasında fəaliyyətini bundan sonra da davam etdirəcək”
16-sen-2022“Azərbaycan beynəlxalq hüquq, ədalət və qlobal təhlükəsizlik əsasında fəaliyyətini bundan sonra da davam etdirəcək”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.
Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin yekdilliklə daha bir il uzadıldığını xatırladıb: "2019-cu ildən bəri Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimizin yekdilliklə 2023-cü ilə qədər daha bir il uzadılması ölkəmizə hörmət və etimadın göstəricisidir".