Bu gün:
Xezer.info » Cəmiyyət » Döyüş əməliyyatlarında çəkilişlərin edilməməsi üçün qanunvericiliyə dəyişiklik təklif olunur

Döyüş əməliyyatlarında çəkilişlərin edilməməsi üçün qanunvericiliyə dəyişiklik təklif olunur


Döyüş əməliyyatlarında çəkilişlərin edilməməsi üçün qanunvericiliyə dəyişiklik təklif olunur
"Döyüş əməliyyatlarına və posta gedən hərbçilərin mobil telefon və ya hansısa çəkiliş aparatının olması yolverilməzdir. Biz bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı təşəbbüslə çıxış etməliyik".

"Report"un xəbərinə görə, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Bəxtiyat Sadıqov deyib.

Onun sözlərinə görə, son təxribatlar zamanı da hərbçilərin videoçəkilişlər edib yaydığı müşahidə olunub:

“Bu çəkilişlər düşmənə koordinasiyanı müəyyən etməyə imkan verir. Hesab edirəm ki, bu cür çəkilişlər yolverilməzdir və bunun qarşısının alınması üçün qanunvericiliyə mümkün dəyişiklik etməliyik”.