Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin edildi
28-iyul-2016Əli Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri təyin olunub.
"Repot"un məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamda bildirilir: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Muxtar Respublikanın Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Rüstəm oğlu Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilsin.Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin edildi