Bu gün:
Xezer.info » Dünya » Paşinyan Ermənistanın itkilərini etiraf edib: 135 əsgər ölüb, dəqiqləşdirmə davam edir

Paşinyan Ermənistanın itkilərini etiraf edib: 135 əsgər ölüb, dəqiqləşdirmə davam edir


Paşinyan Ermənistanın itkilərini etiraf edib: 135 əsgər ölüb, dəqiqləşdirmə davam edir
Ölən erməni hərbçilərinin sayı 135 nəfərdir.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O əlavə edib ki, ölənlərin sayının dəqiqləşdirilməsi davam edir.

Qeyd edək ki, sentyabrın 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.