Bu gün:
Xezer.info » Cəmiyyət » Mərkəzi Gömrük Hospitalının həkiminin həmmüəllifliyi ilə məqalə nüfuzlu beynəlxalq kardiologiya jurnalında dərc edilib

Mərkəzi Gömrük Hospitalının həkiminin həmmüəllifliyi ilə məqalə nüfuzlu beynəlxalq kardiologiya jurnalında dərc edilib


Mərkəzi Gömrük Hospitalının həkiminin həmmüəllifliyi ilə məqalə nüfuzlu beynəlxalq kardiologiya jurnalında dərc edilib
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlunun israilli kardioloqlarla müştərək elmi məqaləsi dünyanın nüfuzlu “Frontiers in Cardiovascular Medicine” beynəlxalq kardiologiya jurnalında dərc edilib. 12 müəllif tərəfindən aparılmış tədqiqatın nəticəsi “Səyirici aritmiyalı xəstələrdə sol qulaqcığın airukulasının cihazla qapatılması” adlı məqalədə öz əksini tapmışdır.

Son vaxtlar K vitamini antaqonistlərinin həkimlər tərəfindən qəbul edilmiş məhdudiyyətləri ürək-damar xəstələrində insultun qarşısının alınması problemini daha yaxşı həll etmək üçün tibbdə digər farmakoloji və qeyri-farmakoloji vasitələrin axtarışına səbəb olmuşdur. Məqalədə ürək cərrahiyyəsinə əlavə olaraq və ya müstəqil prosedur kimi istifadə edilən cərrahi üsulların təkamülü, həmçinin perkutan LAA okklyuziyası üçün son zamanlar tətbiq edilən və geniş istifadə olunan üsullar nəzərdən keçirilib.

Məqalənin linki: https://www.frontiersin.org/articles/10.3389/fcvm.2022.949732/full

Qeyd edək ki, “Frontiers in Cardiovascular Medicine” jurnalı (“Ürək-damar tibbinin sərhədləri”) 20 bölmədən ibarət kardiologiyanın və damar tibbinin bütün aspektlərini əhatə edən resenziyalı elmi nəşrdir. Jurnal 2014-cü ildən Frontiers Media nəşriyyatı tərəfindən çap olunur. Belə bir jurnalda həmmüəllifi olan elmi məqalənin dərc olunması münasibətilə həmkarımız Dr.İlqar Tahiroğlunu ürəkdən təbrik edir, gələcək fəaliyyətində ona uğurlar diləyirik.