Türkiyə prezidenti Bakının azad olunmasının ildönümü münasibəti ilə paylaşım edib
15-sen-2022Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının daşnak-bolşevik işğalından işğaldan azad olunmasının ildönümü münasibəti ilə Tvitterdə paylaşım edib.
Trend-in məlumatına görə, paylaşımda deyilir: “Dostumuz, qardaşımız, ayrılmaz parçamız olan Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Əvvəl olduğu kimi indi də haqlı mübarizəsində Azərbaycanlı qardaşlarımızın yanında olacağıq”.