Bu gün:
Xezer.info » Bu gün » Millət vəkili macar həmkarı ilə

Millət vəkili macar həmkarı ilə


Millət vəkili macar həmkarı ilə
Millət vəkili Q.Paşayeva Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Marton Gyöngyösi ilə Xocalı soyqırımı həqiqətlərinin bu ölkədə daha geniş yayılmasını müzakirə edib. Millət vəkili Qənirə Paşayeva Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Marton Gyöngyösi ilə görüş zamanı Azərbaycan ilə Macarıstan arasında bütün istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə olduğunu və onun daha da inkişaf etməsinin məmuniyyətverici olduğunu deyib. Millət vəkili görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Marton Gyöngyösiyə geniş məlumatlar verib. Hər zaman Qarabağ məsələsində, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında göstərdiyi dəstəyə görə Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Marton Gyöngyösiyə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin, özəlliklə Xocalı Soyqırımı barədə həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində onun səylərini daha da artıracağına inandığını deyib. Azərbaycanla bağlı məsələlərə bundan sonra da hər zaman dəstək verəcəyini deyən Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Marton Gyöngyösi bildirib ki, Azərbaycan dost ölkədir və o Azrbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük önəm verir. O, Azərbaycanı çox sevdiyini və hər iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını deyib. Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.