Si Cinpin: "Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır"
15-sen-2022"Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir".
"Report" xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.
“Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik”, - Si Cinpin bildirib.