Bu gün:
Xezer.info » Eksklüziv » Prezident: "Dövlətlərin daxili işlərinə qarışmamaq Azərbaycan üçün əsas prinsiplərdən biridir"

Prezident: "Dövlətlərin daxili işlərinə qarışmamaq Azərbaycan üçün əsas prinsiplərdən biridir"


Prezident: "Dövlətlərin daxili işlərinə qarışmamaq Azərbaycan üçün əsas prinsiplərdən biridir"
"Dövlətlərin daxili işlərinə qarışmamaq Azərbaycan üçün əsas prinsiplərdən biridir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə deyib.

Prezident İlham Əliyev Azərbaycanın Çinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini, Çinin də ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstəyini həmişə yüksək qiymətləndirdiyini vurğulayıb, buna görə Si Cinpinə təşəkkürünü ifadə edib.

Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinin təmin olunmasını daim dəstəklədiyini diqqətə çatdırıb, ölkəmizin 2019-cu ildən Qoşulmama Hərəkatının sədri olaraq bu istiqamətdə fəaliyyətini davam etdirdiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və buna hamılıqla riayət etmək lazımdır.