Xalqımızın birliyini pozmağa cəhd edənlərə qarşı mübarizəni daha da gücləndirmək lazımdır - Rauf Əliyev
15-sen-2022Sentyabrın 12-də gecə saatlarında cəbhənin Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya olunmamış sərhəd ərazilərində Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva və Brüsseldə keçirdikləri üçtərəfli görüşlərdə əldə olunan razılaşmaları və eyni zamanda , beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan, 44 gün davam edən müharibədə bibırcasına məğlub olaraq kapitulyasiya aktını imzalamış işğalçı və məğlub Ermənistan bu təxribatı ilə bir daha dünya ictimayyətinin gözü qarşısında revanşist niyyətlərindən əl çəkmədiyini nümayiş etdirdi. Baş vermiş erməni təxribatının qarşısı Azərbaycan Ordusunun əsgər və zabitləri, sərhədçiləri və s. birləşmələri tərəfindən qətiyyətlə alındı. O cümlədən, Azərbaycan oğullarının Vətən və dövlətin bütövlüyü uğrunda göstərdikləri şücaətləri bir daha sübut etdi ki, heç bir ölüm-itim qorxusu, heç bir həyati təhlükə bu oğulların gözlərini əsla qorxutmur. Qəhrəman şəhidlərimizin qisası artıqlaması ilə alındı.
Lakin təəssüf ki, nəinki indi, bütövlükdə uzun illərdir ki, erməni lobbisinin pulu ilə bəslənən, onların sifarişlərini yerinə yetirən, erməni xislətindən fərqlənmədiklərini əməli şəkildə sübut edən manqurt və marginal müxalifət yetgililəri hazırda da öz kirli, murdar və alçaq əməllərindən əl çəkirmirlər. Bu tiplər hazırda sərhəd boyu qaznılan uğurlarımızdan açıq-açkar təəssüfləndiklərini nümayiş etdirirlər. Xüsysilə, AXCP sədri Əli Kərimli və onunla eyni cinahda – “Milli Şura”da yer alan Cəmil Həsənli, Tofik Yaqubov, Qənimət Zahid kimi riyakarlar, habelə xarici ölkələrdə erməni pulu ilə bəslənən satqınlar düşmənin təxribatına qarşı mübarizə aparmaq əvəzinə düşmənə dəsdəklərini bu və ya digər şəkildə nümayiş etdirirlər. Gah “matəm elan olunmalıdır” kimi ölkədə insanlarda ruh düşkünlüyü yarada biləcək çağrışlar səsləndirən gözügedən qrup digər tərəfdən 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayaraq təslim olmuş Ermənistan rəhbərliyini dolayısı ilə dəsdəkləyəyir, gah da “bəs müharibə baça çatmışdı” tipli suallarla cəmiyyət arasında çaxnaşma salmağa cəhd göstərirlər. Bu ünsürlər hələ başa düşmürlər ki, müharibə başa çatıb və bu gün başa çatmış müharibədə kapitulyasiya aktınına imza atan ölkə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, eləcə də təxribatlara əl atdığı üçün cəzalandırılmalıdır.
44 gün davam edən Vətən müharibəsində daha da möhkləmlənən xalq iqtidar və ordu həmrəyliyi bu gün də davam edir. Biz bir millət olaraq bir cəbhədə daha sıx birləşməliyik. Birləşib düşmənə və onun havadarlarına qarşı mübarizə aparmalıyıq. Özlərini müxalifət adlandıranlar da daxil olmaqla Azərbaycanın bu müstəqil və haqlı davasına kölgə salmağa və ara qarışdırmağa heç kimin haqqı yoxdur. Cəmiyyəti başqa səmtə yönəltmək Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik mövqeyidir. Ona görə də belə mövqeyi olanlara qarşı mübarizəni daha da gücləndirməli , onlarıın bütün bəd əməllərini, xəyanətlərini xalqa çatdırmalıyıq.
Milli Məclisin deputatı
Rauf Əliyev