Bu gün:
Xezer.info » Eksklüziv » XİN başçısı: "Ermənistanın təxribatları üçtərəfli bəyanatların və Brüssel razılaşmalarının pozulmasıdır"

XİN başçısı: "Ermənistanın təxribatları üçtərəfli bəyanatların və Brüssel razılaşmalarının pozulmasıdır"


XİN başçısı: "Ermənistanın təxribatları üçtərəfli bəyanatların və Brüssel razılaşmalarının pozulmasıdır"
"Ermənistanın təxribatları liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusudur".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar görüşündə deyib.

C.Bayramov son günlərdə Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar törədildiyi, Ermənistanın hücumları nəticəsində hərbi qulluqçularımızın şəhid olması faktını qarşı tərəfin diqqətinə çatdırıb.

Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri çərçivəsində yalnız hərbi obyektlərin hədəf alındığını vurğulanıb.

Ermənistan tərəfinin bu təxribatlarının liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini bildirib.

Ermənistan tərəfinin öhdəliklərinə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun yolverilməz olduğunu vurğulayıb.

Beynəlxalq çağırışlara baxmayaraq, Ermənistan tərəfi əldə edilmiş atəşkəs razılığını pozduğu, Azərbaycan tərəfindən humanitar atəşkəs niyyətinin elan edilməsinə baxmayaraq mövqelərimizə hücum etməkdə davam etdiyi diqqətə çatdırılıb.