Bu gün:
Xezer.info » Siyasət » Departament ABŞ diplomatlarını Türkiyədən çıxmağa çağırdı

Departament ABŞ diplomatlarını Türkiyədən çıxmağa çağırdı


Departament ABŞ diplomatlarını Türkiyədən çıxmağa çağırdı
Türkiyədə iki səfir və İstanbulun keçmiş valisi həbs olundu

Məşhur boğaz körpüsünün adı «15 Iyul Şəhidləri» oldu


Iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd zamanı Istanbulda qiyamçıların ilk hədəfi olan və vətəndaşlarımızın şəhid edildiyi Boğaziçi körpüsünün adının “15 Temmuz (Iyul) Şəhidləri” körpüsü olaraq dəyişdirilməsi qərara alınıb. Bundan başqa, Istanbulda və Ankarada şəhidlərin xatirəsinə abidələrin inşası ilə bağlı da qərar qəbul olunub.

Bu barədə Nazirlər Kabinetinin növbədənkənar iclasından sonra Türkiyə baş naziri Binali Yıldırım məlumat verib. Iclasda mühüm qərarların qəbul edildiyini diqqətə çatdıran B.Yıldırım Jandarm Qüvvələri Baş Komandanlığının və Sahil Mühafizəsi Komandanlığının Daxili Işlər Nazirliyinin tabeliyinə verildiyini qeyd edib: “Türkiyə Jandarm Qüvvələri Komandanlığı və Sahil Mühafizəsi Komandanlığı Daxili Işlər Nazirliyinə birləşdiriləcək. Bununla əlaqədar müvafiq fərman veriləcək”.

“Corab söküyü kimi üzə çıxır”

Baş nazir dövlət çevrilişinə cəhddə iştirak edənlərin müəyyənləşdirilərək layiqli cəzalarını alacaqlarını da deyib: “Bu işdə əli olanların müəyyənləşməsi corab söküyü kimi ortaya çıxır. Hamısı bir-birini ələ verir. Nəticədə bu işdə kimin əli varsa, qanun qarşısında cavab verəcək və layiqli cəzasını alacaq”.

B.Yıldırım Ali Hərbi Şuranın nəzərdə tutulan toplantısı barədə də məlumat verib: “Şuranın iclası cümə axşamı günü Nazirlər Kabinetində keçiriləcək ki, bu da bir ilkdir. Bildiyiniz kimi, Şuranın sədri baş nazirdir. Bütün işlərimizi bir gündə başa çatdıracağıq və qəbul etdiyimiz qərarları ertəsi gün prezidentin təsdiqi üçün təqdim edəcəyik”.

“Türkiyədə dövlət çevrilişi cəhdində iştirakını etiraf edənlərin sayı günbəgün gün artır”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın “ARD” kanalına müsahibəsində deyib.

Fövqəladə vəziyyət rejiminin uzadılmasına toxunan Türkiyə prezidenti bildirib ki, müəyyən olunan üç ay ərzində hər şey qaydasına düşərsə, müddətin uzadılmasına ehtiyac qalmayacaq.

Bu arada, Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsddə iştirakına görə, tutulan hərbçilərin sayı 7-yə çatıb. Hərbçilərin ifadələri ilə onların gizlətdikləri yerlərdən çoxlu sayda silah-sursat aşkarlanaraq götürülüb. Hazırda 10 qiyamçı hərbçinin axtarışları davam etdirilir.

Bir əsrlik sistem ləğv olundu

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra mübahisə mövzusu olan Başyavərlik (prezident yanında hərbi müşavirlik) sistemi ləğv olunur. Prezident Ərdoğan bu məsələ ilə bağlı qərarını verib. Başyavərlik sisteminin ləğvi ilə birlikdə Beştəpədəki Prezident Iqamətgahının təhlükəsizliyi üçün də bir sıra addımlar atılacaq. Bunlardan biri Külliyənin (prezident iqamətgahı) raket sistemi olan yüksək səviyyəli mühafizə sisteminin qurulmasıdır. Bundan sonra yaranacaq hər hansı təhlükəyə Beştəpədən raketlə cavab veriləcək.

Qeyd edək ki, indiyədək prezidentin xidmətində 1 Baş yavər, 4 nəfər də yavər fəaliyyət göstərirdi. Hər addımda prezidentin yanında olan Baş yavər, onunla bərabər xidməti maşınına minən yeganə şəxsdir. Bu vəzifənin hələlik sonuncu sahibi Ali Yazıcı da FETÖ ilə əlaqəli olduğuna və çevriliş cəhdində iştirakına görə həbs olunub. Baş yavərlik institutu Türkiyədə 1920-ci ildən mövcuddur.

Türkiyədə iki səfir işdən çıxarıldı

Türkiyədəki hərbi çevriliş cəhdindən sonra işdən çıxarılanların sırasına diplomatlar da qoşulub.ÿXarici Işlər Nazirliyinin iki yüksək vəzifəli əməkdaşı Tuncay Babalı və Gürcan Balık işdən çıxarılıb.

Məlumata görə, G.Balık daha əvvəl xarici işlər naziri olmuş Əli Babacan və Əhməd Davudoğlunun müşaviri olub. Onu daha sonra Əhməd Davudoğlu xüsusi nümayəndə vəzifəsinə irəli çəkib.

Tuncay Babalı isə uzun müddət Xarici Işlər Nazirliyinin Insan Qaynaqları Şöbəsinə rəhbərlik edib və daha sonra Kanadaya səfir göndərilib.

Hərbi çevriliş cəhdi ilə bağlı polis sistemində aparılan əməliyyat çərçivəsində Istanbulun keçmişÿvalisi Hüseyn Avni Mutlu da saxlanılıb. Avni ilə yanaşı, 6 polis zabiti da həbs edilib. Onların evində axtarış aparılıb.

Hüseyn Avni Mutlu valilikdən azad olunduqdan sonra Daxili Işlər Nazirliyində vəzifə ilə təmin olunmuş, çevrilişdən bir gün sonra bu vəzifəsindən də azad edilmişdi.ÿOnun qiyamçılara dəstək verdiyi bildirilir.ÿ

Türkiyənin ən iri telekommunikasiya şirkətlərindən olan “Türk Telekom”un rəhbərliyində təmsil olunan 3 nəfər hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Həbs olunan şəxslərin adları hələlik açıqlanmasa da, onlardan ikisinin vəÿ”Türk Telekom”un texnologiya üzrə baş direktor müavini Coşkun Şahin və TTNET-in fərdi iş bölməsinin baş direktoru Erkan Akdemir olduğu bildirilir.ÿBu şəxsləri prokurorluq ifadə verməyə dəvət etmişdi.

“Türk Telekom” rəhbərliyi isə şirkət strukturlarında 198 nəfəri işdən qovub(lent.az).ÿ

“Onlar rəhbərliyin içinə sızırlar”

Xatırladaq ki,ÿTürkiyənin xarici işlər naziriÿ Mövlud Çavuşoğluÿ Orta Asiyada Fətullah Gülən hərəkatının təsirinin hər gün bir az daha da artdığını,ÿbu qruplaşmanın xüsusilə Qırğızıstanı özlərinə baza seçdiklərini deyib:ÿ”Onlar Qırğızıstan rəhbərliyinin içinə sızırlar. Bişkekə də belə çevriliş görəcəklərini söylədik. Onlar bizdən qruplaşmanın siyahısını istədilər. Mən sabah onlara siyahını çatdırdım. Qırğızıstan üçün ciddi bir təhdid var. Oranı baza kimi seçiblər”.

Qırğızstan isə bu ölkədəki Gülən məktəblərinin bağlanması ilə bağlı Mövlud Çavuşoğlunun tələbini rədd edib. Nazirlik bildirib ki, Qırğızıstan hökuməti ehtiyac olduğu təqdirdə müraciətlə bağlı adekvat ölçülər götürəcək: “Müəyyən olunmuş hüquqi normalar, vəzifələr və başqa məsələlər var. Vurğulayaraq deyirik ki, bu, bizim ölkənin daxili işidir”.

Türkiyədə olan amerikalı diplomatlara bu ölkədən çıxmaqla bağlı çağırış edilib.

Müraciət ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.

Departament həmçinin vətəndaşlarınaÿTürkiyənin şimal-şərqinə səyahətdən yayınmağı tövsiyə edib:ÿ “Dövlət Departamenti Türkiyədə dövlət çevrilişinə cəhdin proseslərə təsirini izləməyə davam edəcək. ABŞ-da yaşayan və Türkiyəyə getməyi planlaşdıran vətəndaşlarımıza bu qərarlarına yenidən baxmalarını tövsiyə edirik”.

Qurum ABŞ vətəndaşlarını Türkiyədə terror təhdidi barədə də xəbərdar edibazadliq.azadliq.info