Bu gün:
Xezer.info » Qarabağ » Kəlbəcər və Laçın istiqamətində bölmələrimiz artilleriya atəşinə məruz qalıb

Kəlbəcər və Laçın istiqamətində bölmələrimiz artilleriya atəşinə məruz qalıb


Kəlbəcər və Laçın istiqamətində bölmələrimiz artilleriya atəşinə məruz qalıb
Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.