Səhər qardaşıma zəng etdim telefonu başqası açdı, bir kəlmə dedi ki, qardaşının qisasını almışıq.
Trend-in məlumatına görə, bunu şəhid Səbuhi Əhmədovla birlikdə uşaq evində böyüyən qardaşı Sənan Əhmədov deyib.
O bildirib ki, onların iki yaşı olanda valideynləri vəfat edib və onlar SOS kəndində böyüyüblər:
"Hərbiyə gedəndə həmişə deyirdi ki, mənimlə fəxr edəcəksən. Gizir idi. Həmişə dediyini edərdi. 3 gün olardı zəng etmişdi ki, düşmən tərəfdə atışma var. Elə həmin günün səhəri zəng elədi, danışdıq. Dedi tez aç, imkan olmayacaq. Sentyabrın 13-ü zəng elədim artıq qardaşım şəhid olmuşdu. 25 yaşı var idi. Qardaşımla fəxr edirəm, amma onsuz mənə çox çətin olacaq".