İrəvanda 44 günlük müharibə nəticəsində həlak olmuş erməni hərbçilərin yaxınları, eləcə də onları dəstəkləyən sakinlər baş nazir Nikol Paşinyanın impiçmenti tələbi ilə parlamentin qarşısına tolplaşıb.
Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, parlamentin ətrafına çoxlu sayda polis cəlb olunub.
Bina polis qüvvələri tərəfindən əhatəyə alınıb. Parlamentə aparan əsas yol və küçələr bağlanlıb.
Qeyd edək ki, etirazçılar ötən gün də parlament qarşısında aksiya keçirmişdi.
(Tərcümə: Orxan Nəbiyev)