Dünən gecə saatlarından sərhədlərimizdə başlayan erməni təxribatı nəticəsində bir neçə hərbçimizin şəhid olduğu barədə sosial şəbəkələrdə məlumatlar və hərbçilərimizin fotoları paylaşılır.
Müdafiə Nazirliyindən heç bir rəsmi məlumat daxil olunmadığına görə, Qazet.az Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazovla əlaqə saxladı.
Eyvazov bildirdi ki, bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək.