Bu gün:
Xezer.info » Siyasət » Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək


Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı Bakı və İrəvana səfər edəcək.

"İki sahil” xəbər verir ki,  bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

"Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaar gərginliyi azaltmanı dəstəkləmək və Ermənistan və Azərbaycan liderləri arasında Brüssel dialoq prosesində növbəti addımları müzakirə etmək üçün dərhal iki ölkəyə səfər edəcək”, - diplomat vurğulayıb.