Bu gün:
Xezer.info » Siyasət » "Türkiyədəki çevriliş cəhdinə ABŞ və Rusiya dəstək verib" - İranlı generaldan şok iddia

"Türkiyədəki çevriliş cəhdinə ABŞ və Rusiya dəstək verib" - İranlı generaldan şok iddia


"Türkiyədəki çevriliş cəhdinə ABŞ və Rusiya dəstək verib" - İranlı generaldan şok iddia
İranın dini lideri Əli Xameneyinin hərbi məsləhətçisi general Yəhya Rəhim Səfəvi, Rusiya və ABŞ-ın Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən xəbərdar olduqlarını və yaşananlara dəstək verdiklərini iddia edib.

Avropa.info İranın İSNA agentliyinə istinadən xəbər verir ki, Təbrizdə təşkil edilən bir toplantıda danışan general Səfəvi ABŞ və Rusiyanın dövlət çevrilişi cəhdinin arxasında olduğunu deyib.

ABŞ xarici işlər naziri Con Kerrinin çevriliş cəhdi zamanı Moskvada olmasının "mənalı" olduğunu deyən İranlı general, ABŞ və Rusiya bölgədə yeni bir razılaşmaya imza atdıqlarını iddia edib.

"ABŞ və Rusiyanın Türkiyədəki çevriliş cəhdindən xəbərsiz olduqları deyilə bilməz. Bu diametrdə olan bir çevriliş cəhdi , xarici bir ölkənin dəstəyi və məlumatı olmadan edilə bilməzdi. Çevriliş cəhdinin dəstəkçiləri mövzusunda böyük sual işarələri var."