Azərbaycan Ordusu sərhəd zolağında delimitasiyası keçirilmədiyi məlum olan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib.
Trend xəbər verir ki, Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual formada və atəş nəzarətinə götürülüb.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.